Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Elmar Vəliyev "İlin İcra başçısı" seçildi- “The Buisness Year” tərəfindən

26-05-2016, 11:55 Baxış: 354

 Elmar Vəliyev "İlin İcra başçısı" seçildi- “The Buisness Year” tərəfindən

"The Buisness Year” şirkətinin ekspertlərinin Azərbaycanda müxtəlif sahələr üzrə seçdikləri bir sıra şəxslərə "İlin birincisi” mükafatları təqdim olunub.


Gəncə şəhər İcra Hakimiyyətinin başçısı bu mükafat müxtəlifa ümumşəhər xarakterli təşəbbüslərin həyata keçirilməsində oynadığı rola və Gəncənin 2016-cı ildə "Avropa Gənclər Paytaxtı” seçilməsindəki xidmətlərinə görə layiq görülüb.

Prezident Administrasiyasının və "The Business Year” jurnalının təşkilatçılığı ilə nəşrin "Azerbaijan 2016” xüsusi buraxılışının ("The Business Year-Azerbaijan 2016”) təqdimat mərasimində mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, KİV-lərin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən nəşrin direktoru xanım Betül Çakaloğlu "The Business Year: Azerbaijan-2016” xüsusi buraxılışı haqqında ətraflı məlumat verib. O, bildirib ki, Azərbaycana artan marağı nəzərə alan şirkət nəşrin tirajını da artırıb.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "The Business Year” nəşrinin artıq altıncı ildir Azərbaycanın müasir inkişafını bütün sahələrdə dərindən təhlil edərək onun salnaməsini yaratması, dünyanın biznes və işgüzar dairələrinə təqdim etməsi baxımından fəaliyyətini yüksək qiymətləndirib. Nəşrin 2013-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevi "İlin adamı” seçdiyini xatırladan Prezident Administrasiyasının rəsmisi "The Business Year”ın həmin vaxt dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizin qazandığı mühüm uğurları diqqətə çatdırıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrlə yanaşı, mədəniyyət və turizmin inkişafına da göstərilən yüksək diqqət və qayğıdan danışıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bütün regionlarında uğurlu layihələrin həyata keçirildiyini vurğulayıb. O, Gəncədə müxtəlif sahələrə aid mühüm layihələrin icra olunduğunu, şəhərin inkişaf dövrünü yaşadığını bildirib. Qeyd edib ki, Gəncənin 2016-cı il "Avropa Gənclər Paytaxtı” seçilməsi ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir.

"Azərcell” şirkətinin prezidenti Vahid Mürsəliyev rəhbərlik etdiyi qurumun həyata keçirdiyi və perspektiv layihələrdən danışıb. "Azercell”in qeyri-neft sektorunda ölkəmizin ən iri vergi ödəyicisi olduğunu bildirən şirkətin rəhbəri gələcəkdə də Azərbaycan iqtisadiyyatına töhfə verəcəklərini söyləyib.

Tezis.az