Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Zaqatalada barmağını it dişləyən qadın quduzluqdan öldü

27-05-2016, 09:47 Baxış: 245

 Zaqatalada barmağını it dişləyən qadın quduzluqdan öldü

Zaqatalada quduzluq xəstəliyi aşkarlanan 47 yaşlı qadın ölüb. 

Mərkəzi Rayon Xəstəxanasından (MRX) verilən məlumata görə, rayonun  Faldar kənd sakini, 1969-cu il təvəllüdlü Pəri Qasım qızı Turacova bu gecə saxlandığı yoluxucu xəstəliklər şöbəsində dünyasını dəyişib. 

Qeyd edək ki, Pəri Turacova mayın 22-də quduzluq xəstəliyi əlamətləri ilə xəstəxanaya daxil olmuşdu. Müayinə zamanı məlum olmuşdu ki,  aprel ayının 1-də onu yaşadığı kənddə küçə iti dişləyib. Pəri Turacova vaxtında həkimə müraciət etməyib.