Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Şamaxıda şiddətli qar evlərdə uçquna səbəb oldu - VİDEO

9-01-2017, 19:53 Baxış: 236

Şamaxıda şiddətli qar evlərdə uçquna səbəb oldu - VİDEO Şamaxıdakı yağan qarın əriməsi sürüşmə ərazilərində torpaq uçqunlarının baş verməsinə, evlərin və əkin sahələrinin yararsız vəziyyətə düşməsinə səbəb olub. AzNews.az xəbər verir ki, Rayon ərazisindəki ən təhlükəli sürüşmə ocaqlarının yerləşdiyi Mədrəsə qəsəbəsində baş verən torpaq axını yenidən aktivləşib. Evlərin divarlarındakı çatlar hər gün genişlənir. Artıq kənddə 7 ev qəzalı vəziyyətə düşüb ki, onların ikisində vəziyyət daha acınacaqlıdır. Hər gün yaşanan sürüşmə yaşayış evlərində açıq-aşkar şəkildə hiss olunmaqdadır.

Bu səbəbdən sakinlər öz evlərində gecələməyə qorxurlar. Sürüşmə evlərlə yanaşı, vətəndaşlara məxsus əkin sahələrində də qeydə alınıb. Nəticədə sahələr yararsız vəziyyətə düşüb. Ərazidə əkin işlərinin aparılması mümkünsüzdür.