Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Ucarın polis rəisi avtomobil qəzasına düşdü, yaralandı

27-05-2016, 16:06 Baxış: 552

Ucarın polis rəisi avtomobil qəzasına düşdü, yaralandı 

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib, sürücü xəsarət alıb.

 

Hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay rayon Mirzəhüseynli kəndinin ərazisindən keçən hissəsində baş verib.
 

Ağdaş rayonundan Göyçay rayonu istiqamətində hərəkət edət edən HUNDAİ İX 35 markalı 90-AP-579 dövlət qeydiyyat nişanlı minik maşınının idarə edən Etibar Abduyev idarəetməni itirərək yoldan çıxıb və aşıb. Etibar Abduyev müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. 
 

Xəstəxanada ilkin tibbi yadım göstərildikdən sonra o, Bakıdakı xəstəxanaların birinə göndərilib.
 

Hadisəyə səbəb magistral yolda maşının önünə iri buynuzlu malın-qaranın çıxması olub.
 

Qeyd edək ki, Etibar Abduyev Ucar Rayon Polis Şöbəsinin rəisidir. O, qəza zamanı Ucar rayonuna işə gedirmiş və həmin anda avtomaşını özü idarə edirmiş.
 

Xatırladaq ki, E.Abduyev daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə 14 may 2016-cı ildə Qəbələ Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilərək Ucar RPŞ-yə rəis təyin edilib. Faktla bağlı araşdırma aparılır.