Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Oğuzdakı ayının əti yeməli imiş...

28-05-2016, 14:57 Baxış: 381

Oğuzdakı ayının əti yeməli imiş... 

Oğuz rayonunda uşaq bağçasına hücum edərkən zərərsizləşdirilən ayıda quduzluqla bağlı ilkin müayinənin nəticəsi məlum olub.

Bu barədə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli məlumat verib.

Qurum rəsmisi bildirib ki, ilkin müayinə nəticəsində ayıda quduzluq aşkar edilməyib: "İlkin müayinə zamanı ayıda quduzluq xəstəliyinin əlamətləri müəyyən edilməyib. Amma bu hələ müayinələrin bitməsi demək deyil. Hazırda bakterioloji sınaqlar davam etdirilir. Bu müayinə 21 gündən sonra yekunlaşacaq. Bu sınaqlar yekunlaşandan sonra quduzluğun olub-olmaması tam dəqiq bilinəcək".

Tezis.az