Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Saatlıda yanğın nəticəsində mal-qara tələf olub

10-06-2017, 10:15 Baxış: 290
Saatlıda yanğın nəticəsində mal-qara tələf olub
Saatlıda yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, Saatlı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 375 m2 olan tövlənin çardağına yığılmış 20 ton ot bağlamasının 10 tonu yanıb. Yanğın zamanı tövlədə olan 2 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub. Tövlə və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.