Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Zaqatalada ağır qəza: ölən və yaralananlar var

9-06-2016, 19:25 Baxış: 519
Zaqatalada ağır qəza: ölən və yaralananlar varZaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.
Tezis.az-ın Ans press-ə istinadən verdiyi məlumata görə, hadisə bu gün saat 16:00 radələrində Yevlax-Balakən-Gürcüstan magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes” və "VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər dünyasını dəyişib, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar dərhal mərkəzi xəstəxanaya çatdırılıblar. Həmin şəxslər aşağıdakılardır:

1. İntiqam Allahverdi oğlu Bəkirov - 1991-ci il təvəllüdlü, Zaqatala rayonunun Qımır kənd sakini
2. Abdurrahman Nəzir oğlu Hacıyev - 2003-cü il təvəllüdlü, Zaqatala rayonunun Qazangül kənd sakini
3. Zöhrə Nəzir qızı Hacıyeva - 1996-cı il təvəllüdlü, Zaqatala rayonunun Qazangül kənd sakini
4. Sevil Aslan qızı Nəzirova - 1976-cı il təvəllüdlü, Zaqatala rayonunun Qazangül kənd sakini
5. Mədinə Abdulla qızı Mustafayeva - 1964-cü il təvəllüdlü, Şəki rayonunun Aşağı Göynük kənd sakini
6. Gülnar Mais qızı Sadıqova - 1993-cü il təvəllüdlü, Şəki rayonunun Aşağı Göynük kənd sakini
Ölən şəxs isə 1932-ci il təvəllüdlü, Zaqatalanın Qazangül kənd sakini Hacıyeva Pərixan Əhməd qızıdır.
Faktla bağlı araşdırma aparılır.