Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Abid Şərifov: "Lazımi tədbirlər görürük"

13-06-2016, 17:02 Baxış: 297

Abid Şərifov: "Lazımi tədbirlər görürük""Azərbaycanın İsmayıllı, Tovuz, Şəki, Şamaxı və Göyçay rayonlarında baş verən təbii fəlakətlərin vurduğu ziyanın qarşısının alınması istiqamətində ciddi tədbirlər görülür”.

Bunu  açıqlamasında Azərbaycanın Baş nazirinin müavini, Azərbaycanın Fövqəladə hallar üzrə Dövlət Komissiyasının sədri Abid Şərifov bildirib.

A.Şərifov deyib ki, Azərbaycan hökuməti baş verən təbi fəlakətlə əlaqədar lazımı tədbirlər görür: "Hər zaman olduğu kimi, indi də lazımı tədbirlər görürük. Fikir verin, bu gün dünya dağılır, dünyanın hər yerində fəlakətlər baş verir. Ancaq Azərbaycanda vaxtında görülən tədbirlər nəticəsində şükürlər olsun ki, həmin hadisələr təkrarlanmır. Ötən illər ərzində çaylarda fövqəladə hadisələrin qarşısının alınması üçün əvvəlcədən lazımı tədbirlər görülüb. Şükürlər olsun ki, bu illər ərzində elə ciddi daşqınlar baş verməyib”.

Tezis.Az