Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Laçına yeni icra başçısı təyin edildi

16-06-2016, 17:41 Baxış: 1 452

Laçına yeni icra başçısı təyin edildi 

Aqil Ağaxan oğlu Nəzərli Laçın Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Tezis.az-ın məlumatına görə, prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Yeni başçı Aqil Nəzərli 10 mart 1976-cı il tarixdə Laçın rayonunun Güləbird kəndində anadan olub.1999-cu ildən Laçın rayonu İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb, 2008-ci ildən Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib.

2012-ci ildən Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının sədridir.

3 mart 2016-cı ildən Laçın rayon İcra hakimiyyətinin başçısı vəzifəsini icra edib.

Ailəlidir, iki övladı var.


Laçına yeni icra başçısı təyin edildi