Bakı 15° C Temperatur

72

8m/s

  • USD1.7000
  • EUR1.9459
  • RUB0.0259
  • NEFT$66.63
^
XƏBƏR LENTİ

"ZEYTUN BUDAĞI" ƏMƏLİYYATI: 3393 TERRORÇU MƏHV EDİLİB, AFRİNİN MƏRKƏZİNƏ 1,5 KM QALIB

13-03-2018, 11:47 Baxış: 156
"ZEYTUN BUDAĞI" ƏMƏLİYYATI: 3393 TERRORÇU MƏHV EDİLİB, AFRİNİN MƏRKƏZİNƏ 1,5 KM QALIB
Afrində keçirilən "Zeytun budağı" adlı antiterror əməliyyatı nəticəsində 3393 terrorçu zərərsizləşdirilib.
"Haberturk” xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Bildirilib ki, 53 gündür davam edən əməliyyat nəticəsində PKK/KCK/PYD-YPG və İŞİD terror qruplaşmalarının 3393 terrorçusu məhv edilib, havadan və qurudan endirilən zərbələr nəticəsində terrorçuların yüzlərlə sığınacağı, anbarı və hədəfi dağıdılıb. Əməliyyatın 53-cü günündə 46 terrorçu məhv edilib.
Bundan başqa, Afrinin 217 strateji nöqtəsi və kəndi terrorçulardan təmizlənib.
Min yüz kvadrat kilometr sahədə terrorçuların nəzarətin son qoyulub.
Qeyd olunub ki, Afrinin mərkəzinə 1,5 km qalıb.