Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$56.64
^
XƏBƏR LENTİ

Şirvan şəhərində istehsalçılara 619 ədəd pambıqçılıq texnikası verilib

Şirvan şəhərində istehsalçılara 619 ədəd pambıqçılıq texnikası verilib
Martın 30-da "Aqrolizinq” ASC-nin Şirvan təchizat bazasında respublikada pambıqçılığın inkişaf etdirilməsi ilə əlaqədar alınan yeni kənd təsərrüfatı texnikasının sərgi-təqdimatı olub.
Bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən nazir Heydər Əsədov aqrar sektora göstərilən dövlət dəstəyi, pambıqçılığın inkişafı məsələlərinə həsr olunmuş respublika müşavirəsində dövlətimizin başçısı tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin qarşısına qoyulmuş tapşırıq və vəzifələr, pambıqçılığın inkişafı ilə bağlı aparılan məqsədyönlü siyasət, bu sahənin inkişafı ilə əlaqədar görülən işlər, imzalanan fərman və sərəncamlar, keçirilmiş müşavirələr, qəbul olunmuş Dövlət proqramları barədə danışıb. Vurğulayıb ki, Bərdə şəhərində keçirilmiş müşavirədə ölkə rəhbərliyi tərəfindən pambıqçılıq sahəsində mövcud vəziyyət geniş təhlil olunub və bu sahənin inkişafı ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub. Nazir qeyd edib ki, pambıqçılığın inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələr və tapşırıqlar layiqincə yerinə yetirilir, bu gün kənd təsərrüfatının yeni siması formalaşır, ölkədə kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi üçün kifayət qədər maddi-texniki baza yaradılıb. Qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı bu gün pambıq istehsalçılarına Avropanın və dünyanın ən müasir texnika və texniki avadanlıqları, həmçinin ən yüksək keyfiyyətli lifli və lifsiz pambıq toxumları təqdim olunur. Pambıqçılığın inkişafı ilə əlaqədar Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində görülən işlərdən danışan nazir Heydər Əsədov vurğulayıb ki, 2018-ci ildə pambıqçılıqda istifadə olunan 4360 ədəd texnika, o cümlədən 100 ədəd "John Deere” 9970 markalı pambıqyığan kombayn, 700 ədəd şum və cərgəarası becərmə traktoru, 700 ədəd traktor qoşqusu və aqrotexniki becərmə işlərini yerinə yetirmək üçün 1960 ədəd müxtəlif kənd təsərrüfatı texnikası sifariş verilib.
Artıq bu texnikaların bir hissəsi respublikaya gətirilib və pambıq istehsalçılarına verilib. Ümumilikdə isə 2018-ci ildə pambıqçılığın inkişaf etdirilməsi və texniki təminatını daha da gücləndirmək məqsədilə kənd təsərrüfatı texnikası alınması üçün dövlət başçısının sərəncamı ilə dövlət büdcəsindən ayrılmış 160 milyon manat vəsaitdən 4360 ədəd texnika üçün təxminən 120 milyon manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Vurğulanıb ki, ümumiyyətlə, son dövrlərdə əhəmiyyətli dövlət dəstəyi və həyata keçirilən sistemli tədbirlər hesabına kənd təsərrüfatı istehsalçılarının müvafiq texnika və avadanlıqlarla təminatının yaxşılaşdırılması istiqamətində köklü irəliləyişə nail olunub. Pambığın becərilməsi və yığılması ilə əlaqədar "Aqrolizinq” ASC tərəfindən təkcə 2015-2017-ci illərdə 7811 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 303 ədəd pambıqyığan kombayn, 1566 ədəd müxtəlif markalı şum və becərmə traktoru, 5942 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq pambıq istehsalçılarına lizinqə verilib. Bu gün isə pambıqçılıqla bağlı gətirilmış 619 ədəd pambıqçılıq texnikası, o cümlədən 59 ədəd pambıqyığan kombaynı, 57 ədəd şum traktoru, 218 ədəd becərmə traktoru, 68 ədəd traktor qoşqusu, 52 ədəd ağır diskli mala, 13 ədəd kanal açan, 27 ədəd çiyidsəpən, 39 ədəd cərgəarası becərən kultivator, 5 ədəd çiləyici, 33 ədəd su çəni, 27 ədəd çöpdoğrayan, 21 ədəd rotasion mala pambıq istehsalçılarının istifadəsinə verilir. Ümumilikdə, 2018-ci il üçün 5763 ədəd kənd təsərrüfatı texnikasının respublikaya gətirilməsi üçün satınalma müqaviləsi bağlanılıb. Bundan 100 ədəd pambıqyığan kombayn, 260 ədəd taxılyığan kombayn, 100 ədəd şum və becərmə traktoru, 4300 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası üçün müqavilə bağlanılıb. Nazir vurğulayıb ki, pambıqçılıqda istifadə olunan müxtəlif çeşiddə bütün texniki avadanlıqlar qısa zamanda ölkəmizə gətirilərək pambıq istehsalçılarını istifadəsinə veriləcək. Heydər Əsədov ən müasir standartlara cavab verən bu texnikalardan təyinatı üzrə səmərəli istifadə olunması, eyni zamanda, kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı ilə bağlı tapşırıq və tövsiyələrini bildirib. Tədbir çərçivəsində nazir lizinq yolu ilə verilən texnikaların sənədlərini fermerlərə və torpaq istifadəçilərinə təqdim edib. Həmçinin pambığın müxtəlif sortları üzrə 230 ton lifsiz və 110 ton lifli pambıq toxumları istehsalçılara verilib. Sonda nazir Heydər Əsədov mətbuat nümayəndələrinə müsahibə verib.
Şirvan şəhərində istehsalçılara 619 ədəd pambıqçılıq texnikası verilib
Şirvan şəhərində istehsalçılara 619 ədəd pambıqçılıq texnikası verilib
Şirvan şəhərində istehsalçılara 619 ədəd pambıqçılıq texnikası verilib
Şirvan şəhərində istehsalçılara 619 ədəd pambıqçılıq texnikası verilib
Şirvan şəhərində istehsalçılara 619 ədəd pambıqçılıq texnikası verilib
Şirvan şəhərində istehsalçılara 619 ədəd pambıqçılıq texnikası verilib