Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Daşkəsəndə avtobus qəzası nəticəsində yaralananların sayı 6 nəfərə çatıb

30-04-2018, 23:48 Baxış: 325
Daşkəsəndə avtobus qəzası nəticəsində yaralananların sayı 6 nəfərə çatıb
Daşkəsən-Gəncə yolunda sərnişin mikroavtobusunun "VAZ-2106" markalı avtomobil ilə toqquşması nəticəsində xəsarət alanların sayı 6 nəfərə çatıb. 
Onlardan biri 11 yaşlı qız, digəri isə 6 yaşlı oğlan uşağıdır.
Qəza zamanı xəsarət alan 1965-ci il təvəllüdlü Verdiyeva Zərqələm, Əliyev Çapay (1957), Allahverdiyev Zahid (1964) və Qurbanov Elşən (1967) Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, adları hələ ki, məlum olmayan iki azyaşlı isə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına çatdırılıb. Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.
Qəza nəticəsində "VAZ-2106" markalı avtomobildə olan 3 nəfərdən biri yüngül xəsarət alıb.
Ona hadisə yerində ambulator yardım göstərilib.
 
***
21:13
Daşkəsən rayonunda sərnişin mikroavtobusu qəzaya uğrayıb.
Mikroavtobus Daşkəsən-Gəncə yolunun 18 km-də "VAZ-2106" markalı avtomobillə toqquşub.
Nəticədə 4 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.