Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Saatlıda ağır qəza: 6 nəfər xəsarət aldı

Saatlıda ağır qəza: 6 nəfər xəsarət aldı Saatlı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hacıqabul-Horadiz magistralının Saatlı rayonunun Qaranuru kəndindən keçən hissəsində "VAZ 2105” markalı avtomobillə "Mercedes” markalı avtomobil toqquşub. Nəticədə 6 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Saatlı rayon xəstəxanasına yerləşdirilib.
Xəsarət alanlar Qaranuru kənd sakinləri - 1991-ci il təvəllüdlü Abışova Şəhanə Ələddin qızı, 1972-ci il təvəllüdlü Eynullayeva Zəminə İsrafil qızı, 1982-ci il təvəllüdlü Abışov Şahin Füzuli oğlu, 1967-ci il təvəllüdlü Urfanov Kamil Kərim oğludur. İki nəfərin kimliyi müəyyənləşdirilir. Xəsarət alanlardan vəziyyəti ağır olan 2 nəfər Bakıya göndərilib.
Faktla bağlı Saatlı rayon polis şöbəsində araşdırma aparılır.