Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Şamaxıda qohumlar arasında kütləvi dava ...

18-06-2018, 19:55 Baxış: 274
Şamaxıda qohumlar arasında kütləvi dava ...
Şamaxı rayonunda qohumlar arasında baş verən dava zamanı bir nəfər ağır xəsarət alıb.
hadisə dünən axşam saatlarında rayonun Bağırlı kəndində qeydə alınıb. Kənd sakini, 1975-ci il təvəllüdlü Almirzəyev Bəhərçin Əliməmməd oğlu baş və bədənin müxtəlif nahiyələrinin çapılmış-əzilmiş yarası diaqnozu ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına gətirilib. Bəhərçin Almirzəyev qardaşının oğlanları Adəm, Qorxmaz və Elşən Almirzəyev tərəfindən ağacla və yumruqla döyüldüyünü bildirib. Hazırda onun vəziyyəti orta-ağır olaraq qalır. Onların arasında münaqişənin söyüşə görə baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.