Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

DİN-dən Ağdaşdakı naməlum varlıqla bağlı açıqlama

28-06-2016, 18:10 Baxış: 305
DİN-dən Ağdaşdakı naməlum varlıqla bağlı açıqlamaDaxili İşlər Nazirliyindən Ağdaşın Qoşaqovaq kəndində guya naməlum varlıqların peyda olması, buna görə də polis əməkdaşlarının kənddə əməliyyat apardığı, giriş-çıxışlarda postlar qurulduğu barədə yayılan məlumatlara aydınlıq gətirilib.
Tezis.az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, Ağdaşın Qoşaqovaq kəndinin polis nəzarətinə götürülməsi, orada postların qurulması və hansısa əməliyyatın keçirilməsi barədə yayılan məlumatlar həqiqətəuyğun deyil.
Onun sözlərinə görə, reallığı əks etdirmədiyi əvvəlcədən də bəlli olan informasiyaların yayılması özlüyündə ciddi suallar doğurur:
"Sözügedən kənd də daxil olmaqla Ağdaş rayon sakinlərindən heç kim xəsarət yetirilməsi, evindən oğurluq edilməsi və ya təhlükəsizliyinin təmin olunması ilə bağlı indiyədək rayon Polis Şöbəsinə və ya DİN-in "102" Zəng Xidmətinə müraciət etməyib. Bəzi kənd sakinlərinin gözlərinə guya hansısa məxluqların və ya şəxslərin görünməsi barədə yayılan söz-söhbətlər isə dedi-qodudan və şayiədən başqa bir şey deyil".