Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

700 BAL TOPLAYAN AĞCABƏDİLİ GƏNCİN İSTƏYİ HÜQUQ ÜZRƏ TƏHSİL ALMAQDIR

29-07-2018, 15:39 Baxış: 1 119

700 BAL TOPLAYAN AĞCABƏDİLİ GƏNCİN İSTƏYİ HÜQUQ ÜZRƏ TƏHSİL ALMAQDIR

3-cü ixtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında ən yüksək nəticə göstərən abituriyentlərdən biri də Əzim Əzizlidir. Ağcabədi rayon məzunu olan Əzim imtahanda bütün suallara doğru cavab yazmaqla 700 bal toplayıb. Onun bu uğuru nəinki ailəsində, eləcə də təhsil aldığı məktəbdə, Ağcabədi rayonunda böyük sevinclə qarşılanıb.

Əzim Əzizli Report-un Qarabag üzrə bölgə müxbiri ilə söhbətində bildirib ki, məktəbdə yaxşı oxusa da, son üç ildə hazırlıq kursuna gedib. Sınaq imtahanlarında həmişə 600-dan yuxarı bal toplayıb. Hədəfi isə 700 bal toplamaq olub: "Bu nəticəni əldə etmək üçün çox çalışmışam. Dərslərə məsuliyyətlə yanaşırdım. İmtahanda 700 bal yığmağı çox istəyirdim. Bu nəticəni göstərməyimdə müəllimlərimin əməyi böyükdür. Valideynlərimin və müəllimlərim dəstəyi hər zaman üzərimdə olub. Onlara təşəkkürümü bildirirəm”.

Əzim Əzizli bildirib ki, bu günədək qarşıya qoyduğu ən böyük hədəfə nail olub. İndi isə istəyi Bakı Dövlət universitetinin Hüquq fakültəsi üzrə təhsil almaqdir.

Əzimin müəllimi Ağabala Sariyev onun əzmkar və çalışqan şagird olduğunu deyib: "Ən nümunəvi şagirdlərimizdən olan Əzim verdiyimiz tapşırıqları hər zaman yerinə yetirib, nizam-intizamı, çalışqanlığı, əzmkarlığı ilə seçilib. Ümidlərimizi doğrultduğu üçün Əzimə minnətdarlığımı bildirirəm”.

Əzim ailənin iki övladından biridir. 9-cu sinifdə təhsil alan balaca qardaşı da onun yolunu davam etdirəcəyini bildirir.

Əzimin atası Sevindik müəllim də oğlunun imtahanlarda yüksək bal yığacağına əmin olduğunu deyib: "Əzim orta məktəbi çox yaxşı oxuyurdu. Məktəbdəki tədbirlərdə, keçirilən intellektual yarışlarda həmişə fəal iştirak edib. Qəbul imtahanlarına çox səylə hazırlaşırdı. İnanırdıq ki, o yüksək bal toplayacaq. Arzu edirəm ki, bütün valideynlər bizim keçirdiyimiz sevinci yaşasınlar”.