Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

SUMQAYITDA SƏRNİŞİN AVTOBUSU "KAMAZ"LA TOQQUŞUB, 10 NƏFƏR XƏSARƏT ALIB

30-09-2018, 09:24 Baxış: 234
SUMQAYITDA SƏRNİŞİN AVTOBUSU "KAMAZ"LA TOQQUŞUB, 10 NƏFƏR XƏSARƏT ALIB
Sumqayıtda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib. Sumqayıtdan Hacı Zeynalabdin qəsəbəsinə doğru hərəkət edən sərnişin avtobusu "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı 10-dan çox insan xəsarət alıb. Qəzanın təfərrüatları araşdırılır.