Bakı 12° C Temperatur

78

5m/s

  • USD1.7000
  • EUR1.9459
  • RUB0.0259
  • NEFT$66.63
^
XƏBƏR LENTİ

Assosiasiya sədri: "Ölkəyə məhsuldar arı cinsləri gətirilməlidir"

Assosiasiya sədri: "Ölkəyə məhsuldar arı cinsləri gətirilməlidir""Azərbaycanda fermerlərin saxladıqları arı cinslərinin məhsuldarlığı aşağıdır".
Bunu açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.
"Bu gün saxladığımız arıların sayı çox olsa da, istehsal etdiyimiz balın həcmi azdır. Çünki arı xəstəlikləri baş alıb gedir, yerli arı cinsləri cılızlaşb, onlarda aqressivlik yaranıb.
Bu da məhsuldarlıq səviyyəsinə mənfi təsir edir. Məhsuldarlığın artırılması üçün ya yerli arı cinslərində seleksiya getməlidir ki, buna da illər lazımdır, ya da dövlət dəstəyi ilə xaricdən ölkəyə məhsuldar arı cinsləri gətirilməlidir.
Bəzən işbazlar həmin cinsləri qaçaq yolla Azərbaycana idxal edir", - o qeyd edib. Bundan başqa, Assosiasiya sədri deyib ki, Azərbaycanda arıçılıq üzrə ixtisaslaşmış baytar həkimi və laboratoriya yoxdur, lazımi dərman preparatlarının çoxu ölkədə istehsal olunmur:
"Bütün bunlar arıçılığın inkişafını ləngidir.
Assosiasiya sədri: "Ölkəyə məhsuldar arı cinsləri gətirilməlidir"Bu sahədə qloballaşmaya ehtiyac var. Mikro arıçılıqdan sənayə arıçılığına doğru addımlamalıyıq”.