Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Sabirabadda heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir.

Sabirabadda heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir.
Sabirabadda heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir.
Rayonda bu sahəni inkişaf etdirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni təsərrüfatlar yaradılır, mal-qaranın cins tərkibi yaxşılaşdırılır.
Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yenilənir. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, hazırda rayonun ayrı-ayrı heyvandarlıq və fərdi təsərrüfatlarında 220 min 400 baş iribuynuzlu mal-qara və 223 min 500 baş qoyun-keçi saxlanılır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 7 min 944 baş çoxdur. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət, süd və yun istehsalına da güclü təkan verib.
Cari ilin ötən ayları ərzində rayonda 17 min 61 ton ət (diri çəkidə), 106 min 851 ton süd, 544 ton yun və 55 milyon 200 min ədəd yumurta istehsal edilib ki, bu da ötən illə müqayisədə xeyli çoxdur.