Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

İlin sonunadək Saatlıda 15 min ədəd tut tingi əkiləcək

15-12-2018, 08:04 Baxış: 235
İlin sonunadək Saatlıda 15 min ədəd tut tingi əkiləcək
Çin Xalq Respublikasından ölkəmizə gətirilən və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yetişdirilən tut tinglərindən 15 min ədədi Saatlıda əkilir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, tut tinginin 5 min ədədi Çin Xalq Respublikasından gətirilib, 10 mini isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ayrılıb.
Tut tingləri rayonun Bəylər kəndi ərazisində, Sabit kanalının sağ qolu boyunca və Mil-Muğan kollektorunun mühafizə zolağında əkilir. Artıq tinglərdən 4 min 900 ədədi əkilib.
Qalan 1100 ədədinin əkini isə yaxın günlərdə başa çatdırılacaq. Tinglərin əkinində mütəxəssislər yaxından iştirak ediblər.
Qeyd edək ki, rayonda 2016-cı ildə 60 min, 2017-ci ildə isə 4 min ədəd tut tingi əkilib.