Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Saatlıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb

26-12-2018, 11:03 Baxış: 126
Saatlıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb
Saatlı rayonunda piyadanı avtomobillə vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında rayonun Qıraqlı kəndində baş verib.
Kənd sakini Eldəniz Babayev yolu keçmək istəyərkən naməlum avtomobil onu vuraraq hadisə yerindən uzaqlaşıb.
Avtoqəza nəticəsində E.Babayev müxtəlif bədən xəsarətləri alaraq daha sonra xəstəxanaya yerləşdirilib.
Çox keçmədən Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Saatlı rayon sakini Elşən Ağazadə saxlanılıb.
Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır.