Bakı 11° C Temperatur

71

7m/s

  • USD1.7000
  • EUR1.9600
  • RUB0.0254
  • NEFT$62.00
^
XƏBƏR LENTİ

Komitə sədrinin müavini Mirməhəmməd Seyidov özünü GÜLLƏLƏDİ - YENİLƏNİB

Komitə sədrinin müavini Mirməhəmməd Seyidov  özünü GÜLLƏLƏDİ -  YENİLƏNİB
Naxçıvan Gömrük Komitəsinin sədr müavini Mirməhəmməd Seyidov intihar edib.
Bu barədə "AzPolitika.info” Naxçıvandakı mənbələrə istinadən məlumat yayıb.
Saytın yazdığına görə, təxminən 15 gündür mütəmadi olaraq istintaqa çağırılan və ciddi psixoloji təzyiq altında olan M.Seyidov odlu silahdan açdığı atəşlə həyatına son qoyub. 
 
***
20:34
Daxil olan məlumata görə, M.Seyidov Şərur rayonunun mərkəzində odlu silahla özünə atəş açıb. Onun cənazəsi dəfn olunmaq üçün Bakıya gətirilir. Xatırladaq ki, əvvəllər Sədərək gömrüyünün rəisi vəzifəsində işləmiş M.Seyidov Türkiyədə məşhur həbs olayından sonra vəzifəsinə qayıtsa da, 2017-ci ilin iyun ayında vəzifəsindən uzaqlaşdırılmış, bir neçə aydan sonra Gömrük Komitəsinin rəis müavini vəzifəsinə təyin olunmuşdu.
Məlumata görə, təxminən 1 ay əvvəl - noyabrın 26-da Naxçıvan MR Gömrük Komitəsinin sədri Asəf Məmmədov gözlənilmədən vəzifəsindən azad olunandan sonra GK rəhbərliyinin fəaliyyəti dərindən təftiş olunmağa başlayıb.
 
***
Gömruk polkovnikinin intihar etməsi təsdiqlənib.
Mərhumun qardaşı, Binəqədinin sabiq prokuroru Mirələkbər Seyidov qardaşının özünə qəsd etdiyini, onun cənazəsinin Bakıya gətirilib dəfn edildiyini bildirib.