Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Saatlıda ”Vətən bizim şöhrətimiz, qeyrətimiz, ülviyyətimizdir” adlı ədəbi-bədii kompozisiya - FOTO

Saatlıda ”Vətən bizim şöhrətimiz, qeyrətimiz, ülviyyətimizdir” adlı ədəbi-bədii kompozisiya  - FOTO
Saatlı rayonunda 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib.
Bu gün rayonun "Şəhidlər abidə kompleksi” önündə Azərbaycan xalqının tarixinə "Qanlı Yanvar” faciəsi kimi dümuş 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə əmək kollektivləri, ictimaiyyət nümayəndələri, rayon sakinləri olmaqla 6000 nəfər Saatlılı iştirak etmişdir.
Tədbirdə Saatlı rayon İcra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış etmişdir.
Tədbir iştirakçıları 20 yanvar şəhidlərinin, müqəddəs xatirəsini bir dəqiqəlik sükutla yad edərək, abidə kompleksi önünə tər qərənfillər düzmüşlər.
Tədbirdə 20 yanvar faciəsindən bəhs edən səhnələşirilmiş ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.
Kompozisiyanı Saatlı rayon Mədəniyyət Mərkəzinin bədii qiraət dərnəyinin üzvləri hazırlayıblar.
Qeyd edək ki, 20 Yanvar hadisələri zamanı Saatlı rayonundan 5 nəfər xəsarət alaraq əlil olub.