Bakı 16° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Sumqayıtda ümumşəhər Novruz şənliyi keçirilib

18-03-2019, 09:08 Baxış: 58
Sumqayıtda ümumşəhər Novruz şənliyi keçirilib
Novruz bayramı ilə əlaqədar Sumqayıt şəhər bulvarında ümumşəhər şənliyi keçirilib. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri və yerli sakinlər iştirak ediblər.
İcra başçısı Zakir Fərəcov şəhər sakinlərini təbrik edərək, bayram tonqalını alışdırıb.
Dədə Qorqud və bahar qızı xeyir-dua verərək, Novruz bayramının xalqımıza uğur, bol ruzi-bərəkət gətirməsini arzulayıb, milli geyimli uşaqlar meydanda rəqs ediblər. Dənizkənarı parkın girişində qonaqlara bulvarın tikintisinin rəmzi olan kompozisiya təqdim olunub.
Sonra bulvar boyunca xalq gəzintisi və bayram şənlikləri təşkil edilib. Sonda bayram konserti olub.
Tədbirdə respublikanın tanınmış sənət ustaları, incəsənət xadimləri iştirak edib.