Bakı 16° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Azərbaycanda 5 saatlıq yol 2 saatlıq oldu

22-03-2019, 21:41 Baxış: 61
Azərbaycanda 5 saatlıq yol 2 saatlıq olduYeni açılan Ələt-Astara yolu bayramda cənub bölgəsinə gedənlər üçün ikiqat bayram olub.
Novruzda bu bölgəyə üz tutanlar, yaxınlarını ziyarət edənlər əvvəllər 4-5 saata getdiyi yolu bu dəfə cəmi 2 saata qət ediblər.
Bakıdan Lənkərana yol 40 kilometr qısalaraq 231 km olub, sürət həddi isə minimum 120 qoyulub.
Sürücülər yolun rahatlığından razılıqlarını bildiriblər.
Onlar tezliklə təzə yolda yanacaqdoldurma məntəqəsi, maşın təmiri sexləri və kafelər açılmasını gözləyirlər.
Qeyd edək ki, Azərbaycanın ilk ödənişli yolu olacaq Ələt-Astara yolunda quraşdırılacaq turniketlərin sifarişi üçün müqavilə imzalanıb.
Bu ilin sonuna qədər proses yekunlaşacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilmişdi ki, vətəndaşlar üçün istirahət yerləri hazırlanır, yanacaqdoldurma və təmir məntəqələri nəzərdə tutulub, iş gedir.