Bakı 16° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Kürdən okean balığı tutulub

11-04-2019, 09:48 Baxış: 27
Kürdən okean balığı tutulub
Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində Uqor adlı okean balığı tutulub.
Uzunluğu 1 metr, çəkisi 2 kiloqramdan artıq olan balığın Kür çayında görünməsi nadir hadisədir.
Ehtimal olunur ki, ölkəmizə məxsus gəmilər okean və dənizlərdə üzərkən Uqor balığı onların gövdəsinə yapışıb.
Sonra həmin balıq gəmi vasitəsi ilə Xəzər dənizinə, oradan isə Kür çayına keçib.
Çünki nadir hallarda, yəni, 30-40 ildən bir Kür çayında ilanbalığına oxşar belə balığa rast gəlinir.
2008-ci ildə adı "Qırmızı kitab”a düşən Uqor balığı yenidən çaya buraxılıb.
Qeyd edək ki, 2 kiloqramdan 12 kiloqrama qədər çəkisi olan Uqor balığı ilanbalığı kimi çox sürüşkən, həm də yağlı olur. Məlumata görə, cəmi 9-12 il yaşayan balıq ildə suya 1 milyona yaxın kürü buraxır.
Əti bir çox xəstəliklərin, xüsusilə görmə qabiliyyəti zəif olan insanlar üçün olduqca faydalıdır.