Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Saatlının taxıl sahələrindən indiyədək 59 min tondan çox məhsul yığılıb

Saatlının taxıl sahələrindən indiyədək 59 min tondan çox məhsul yığılıb
Saatlının fərdi fermer təsərrüfalarında taxıl biçimi davam edir. Əkinçilər qısa müddətdə 14 min 758 hektar sahədə biçin aparıb və 59 min 144 ton məhsul götürüblər.
Hər hektarın məhsuldarlığı orta hesabla 40 sentner olur. Rayon statistika idarəsinən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, keçən ilin payızında rayonda 24 min 866 hektar sahədə taxıl əkilib. Bunun 5 min 822 hektarı arpa, 19 min 44 hektarı isə buğdadır. Ötən təsərrüfat ilində hər hektar taxıl sahəsindən 40,6 sentner məhsul götürən fermerlər cari ildə bu nəticəni daha da artırmaq üçün sahələrə nümunəvi qulluq göstəriblər. Bunun nəticəsində də taxıl sahələrində bol məhsul yetişib. Biçinə mütəşəkkil başlayan taxılçılar artıq arpa biçinini başa çatdırıblar. Fermerlər 8 min 936 hektar arpa sahəsindən 21 min 75 ton məhsul götürüblər. Hər hektarın məhsuldarlığı 36,2 sentner olub. Hazırda buğda sahələrinin məhsulu yığılır və gün ərzində 1950-2000 hektar sahədə biçin aparılır. Taxılçılar indiyədək əkdikləri 19 min 866 hektar buğda sahəsinin 8 min 936 hektarında biçin aparıb və 38 min 67 ton məhsul götürüblər.
Biçin aparılmış buğda sahələrinin hər hektarından 42,2 sentner taxıl götürülür. Ayrı-ayrı fərdi fermer təsərrüfatlarında məhsuldarlıq daha yüksək olur. Rayonun Qaraçala kənd sakini Xanhüseyn Əhmədov və Məmmədabad kənd sakini Adil Aslanov taxıl sahəsində daha yüksək məhsul götürürlər. Fermerlər becərdikləri sahələrinin hər hektarından 45-50 sentner məhsul yığırlar. Qeyd edək ki, hazırda rayonun taxıl sahələrində 65 taxılbiçən kombayn işləyir.