Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Dövlət Sərhəd Xidmətinin rəisi Qazax və Ağstafada hərbi hissə və bölmələrin xidməti-döyüş fəaliyyətini yoxlayıb

25-07-2019, 11:51 Baxış: 44
Dövlət Sərhəd Xidmətinin rəisi Qazax və Ağstafada hərbi hissə və bölmələrin xidməti-döyüş fəaliyyətini yoxlayıb
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Qoşunlarının Qazax və Ağstafa rayonları ərazisində hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.
DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, Elçin Quliyev sərhəd zastavalarında və sərhəd döyüş məntəqələrində xidmət edən şəxsi heyətlə görüşüb, dövlət sərhədində sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması istiqamətində görülən işlərə baxış keçirib, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üzrə tapşırıqlar verib.