Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Bakıdan Dubaya uçan təyyarə yanğın təhlükəsi səbəbindən məcburi eniş edib

27-07-2019, 08:51 Baxış: 47
Bakıdan Dubaya uçan təyyarə yanğın təhlükəsi səbəbindən məcburi eniş edib
"Azərbaycan Hava Yolları”nın Bakıdan Dubaya uçan J2-015 nömrəli reysində hava gəmisinin kapitanı geri dönüb və Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş üçün icazə istəyib.
AZAL-dan verilən məlumata görə, "Airbus A319" təyyarəsinin planlaşdırılmamış enişinin səbəbi baqaj hissəsindəki tüstü detektorunun işə düşməsi olub.
Bakı vaxtı ilə saat 23:28-də təyyarə Bakı aeroportunda uğurlu eniş edib.
Təyyarənin yoxlanışından sonra detektorun səhvən işə düşdüyü məlum olub.
Heyət üzvləri də daxil olmaqla laynerin göyərtəsində 113 nəfər olub, zərərçəkən yoxdur.
Sərnişinlər Dubaya ehtiyat təyyarə ilə yola düşəcəklər.