Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Sumqayıtda güclü yanğın: qara tüstü hər yerdən görünür - VİDEO

5-08-2019, 14:07 Baxış: 39
Sumqayıtda güclü yanğın: qara tüstü hər yerdən görünür - VİDEO
Sumqayıt şəhərində yerləşən zavodlardan birinin ərazisində yanğın başlayıb.
Yanğın zamanı əmələ gələn qara tüstü şəhərin bütün ərazisindən görünür.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, şəhərin İnşaatçılar qəsəbəsində zavod ərazisində təkər tullantıları yanır.
Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.