Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Balakən rayonunda Beynəlxalq Xurma Festivalının açılış mərasimi keçirilib.

26-10-2019, 12:29 Baxış: 20
Balakən rayonunda Beynəlxalq Xurma Festivalının açılış mərasimi keçirilib.
Balakən rayonunda Beynəlxalq Xurma Festivalının açılış mərasimi keçirilib.
Tədbirdə nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən səfirlik və beynəlxalq təşkilatların təmsilçiləri və digər qonaqlar iştirak edirlər.
Festivalın rəsmi açılış mərasimi Heydər Əliyevin adına Mədəniyyət və İstirahət Parkında baş tutub.
Sonra qonaqlar parkın ərazisində xurma ağacları əkib, xurmadan hazırlanmış kompozisiyalara və kulinariya məhsullarına baxaraq, rayonda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının sərgiləri ilə tanış olublar.
Parkda, həmçinin xurmadan hazırlanan məhsulların-bəkməz və müxtəlif şirniyyatların, tətbiqi sənət nümunələrinin satış yarmarkası təşkil olunub, xurmaya aid ekspozisiyalar sərgilənib.
Festivalda yerli folklor kollektivləri və idmançılar çıxış ediblər.