Bakı 11° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8868
  • RUB0.0266
  • NEFT$62.54
^
XƏBƏR LENTİ

Sərhədi pozmaq istəyən 8 nəfər saxlanılıb

5-11-2019, 10:36 Baxış: 23
Sərhədi pozmaq istəyən 8 nəfər saxlanılıb
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sər­həd­lə­ri­nin etibarlı mühafizəsi istiqamətində əməliyyat-qoşun tədbirləri davam et­di­ril­ib.
 
DSX-dan verilən məlumata görə, noyabrın 3-də saat 00:20 radələrində Ağstafa rayonu ya­xın­lığında yerləşən "Sadıxlı” sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Re­spublikasından Gürcüstan istiqamətində dövlət sərhədini poz­ma­ğa cəhd edən 8 nəfər Azərbaycan Respub­likası vətəndaşı həmin ərazidə xidmət aparan sərhədçilər tərəfindən saxlanılıb.
İlkin araşdırma zamanı həmin şəxslərin Ağstafa rayon sakinləri 2000-ci il tə­vəl­lüdlü Bukavazin İlkin Qərib oğlu, 2000-ci il təvəllüdlü Bədirov Kamran Cavad oğ­lu, 2004-cü il təvəllüdlü Bədirov Novruz Müzəffər oğlu, 2009-cu il təvəllüdlü Bu­kavazin Sevinc Qərib qızı 2015-ci il təvəllüdlü Bədirova Asya Vaqif qızı, 2015-ci il tə­vəllüdlü Mirzəyev Rövşən Həmid oğlu, 2016-cı il təvəllüdlü Bukavazina Mə­di­nə Aslan qızı, və Yevlax rayon sakini 1999-cu il təvəllüdlü Bukavazina Zəminə Rə­sul qızı olmaları müəyyən edilib.
  Fakt­la bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.