Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Gəncədə 1-ci sinif şagirdi məktəbdə ölüb

26-11-2019, 16:31 Baxış: 33
Gəncədə 1-ci sinif şagirdi məktəbdə ölüb
Məktəb direktoru 1-ci sinif şagirdinin ölümünə münasibət bildirib.
 
M.Ş. Vazeh adına 16 saylı tam orta məktəbin direktoru Elmira Yusifova bildirib ki, dünyasını dəyişən şagird epilepsiya xəstəsi olub.
 
Bu gün səhər saatlarında şagirdin halı qəfildən pisləşib.
 
Məktəbə təcili tibbi yardım çağırılıb.
X.Hətəmli xəstəxanaya aparılarkən yolda ölüb.
 
***
 
Saat 14:30 Gəncədə bədbəxt hadisə baş verib.
 
Hadisə 16 nömrəli tam orta məktəbdə qeydə alınıb.
Belə ki, məktəbin 1-ci sinif şagirdi, 2013-cü il təvəllüdlü Hətəmli Xədicə Rəhim qızının məktəbdə halı pisləşib və o yıxılıb.
Məktəbli hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
 
Faktla bağlı araşdırma aparılır.