Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Azərbaycan-Gürcüstan sərhədində sıxlıq aradan qaldırıldı

6-07-2016, 19:30 Baxış: 368
 
Azərbaycan-Gürcüstan sərhədində sıxlıq aradan qaldırıldıİyul ayının 6-da səhər saatlarından etibarən Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Sınıq Körpü” gömrük keçid məntəqəsində nisbi sıxlıq yaranıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Tezis.az-a verilən məlumata görə, sıxlığın yaranmasının əsas səbəbi bayram günləri ilə əlaqədar Gürcüstan Respublikasına səyahət edənlərin sayının kəskin artmasıdır.

Gömrük keçid məntəqəsinin iş rejimini çətinləşdirən digər amil isə Rusiya-Gürcüstan sərhədində baş verən uçqun nəticəsində Rusiyadan bu ölkəyə gedən avtomobillərin Rusiya-Azərbaycan-Gürcüstan marşrutu ilə hərəkət etməsidir. Belə ki, Rusiya-Gürcüstan arasındakı sərhəd-keçid məntəqəsinin iş rejimində yaranan problem nəticəsində Rusiya Federasiyasından Gürcüstana gedən avtomobillər Azərbaycandan tranzit keçməklə "Sınıq Körpü” gömrük keçid məntəqəsi vasitəsilə Gürcüstan ərazisinə hərəkət edir.

3 xətt vasitəsilə avtomobillərin intensiv keçidinin təmin olunduğu "Sınıq Körpü” gömrük keçid məntəqəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və hazırda sıxlıq tam aradan qaldırılıb.