Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8427
  • RUB0,0220
  • NEFT$30.64
^
XƏBƏR LENTİ

Zahid Oruc gənclərlə Qəhrəmanlar parkında

1-02-2020, 22:13 Baxış: 207
 Zahid Oruc gənclərlə Qəhrəmanlar parkında94 saylı seçki dairəsindən deputatlığa namizəd Zahid Oruc ad günündə gənclərlə birgə Bərdə Qəhrəmanlar Parkını ziyarət edib.
 
Onun gənc könüllülərlə birgə parkı ziyarət etməsi simvolik məna daşıyır.
 
Məqsəd gəncləri tariximizlə, qəhrəmanlarımızla tanış etmək, tarixi varisliyi qorumaq, gələcək nəsillərə ötürməkdir. Gənclər bu ziyarəti ruh yüksəkliyi ilə keçiriblər.
 
Onlar Zahid Orucla tariximizlə, qəhrəmanlarımızla bağlı müxtəlif müzakirələr edib, fotolar çəkdiriblər.
 
Sonda parkın yuxarı tərəfində iri postament üzərində ucaldılan Ana heykəli abidəsi önünə güllər qoyulub.
 
Qəhrəmanlar Parkı Bərdədə Prezidenti İlham Əliyevin iştirakı ilə 2012-ci ildə açılıb. Parkda Ana abidəsindən sonra geniş meşə zolağı da salınıb.
 
Həm bərdəlilər, həm də turistlər tərəfindən tez-tez ziyarət olunur.Zahid Oruc gənclərlə Qəhrəmanlar parkında