Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Zahid Oruc Bərdənin Xanxanımlı kəndində sakin Eyvaz Əliyevin evində

6-02-2020, 10:41 Baxış: 62
Zahid Oruc Bərdənin Xanxanımlı kəndində sakin Eyvaz Əliyevin evində
 
Zahid Oruc Bərdənin Xanxanımlı kəndində sakin Eyvaz Əliyevin evində kəndin zəhmətkeş adamları ilə səmimi görüş keçirib.
 
Ötən illər ıərzində rayonun keçdiyi inkişaf yolu, baş verən dəyişikliklər, eləcə də kəndin təsərrüfat adamlarının problemlərindən bəhs olunub.
 
Su təminatı ilə bağlı problemlərin həll olunacağı təqdirdə münbit torpaqların əkin üçün tam yararlı vəziyyətə düşəcəyi və bunun pambıqçılıq da daxil bir çox sahədə məhsuldarlığa töhvə verəcəyi vurğulanıb. Bunun üçün ölkə rəhbəri tərəfindən məmurlar qarşısında qoyulan kəskin tələblər, sahibkarlığın bölgələrdə inkişafı üçün olan çağırışlar insanlarda xüsusi inama səbəb olur.
 
Zahid Oruc bu kəndin sadə zəhmət adamlarına dövlətçilik mövqeyinə görə təşəkkür edərək onların problemlərini daim diqqətdə saxlayacağını söyləyib.
 
Zahid Oruc bildirib ki, 9 fevralda qalib gələcəyi təqdirdə zəhmətkeşləri parlamentdə ləyaqətlə təmsil etməyə davam edəcək.