Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Lerikdə qar 1 metr 20 santimetrə çatıb

Lerikdə qar 1 metr 20 santimetrə çatıb
Cənub bölgəsinə güclü qar yağıb.
 
Bu barədə açıqlamasında Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov deyib.
 
Onun sözlərinə görə, qarın hündürlüyü dağ və dağətəyi kəndlərdə 1 metr 20 santimetrə çatıb:
 
"Rayonun mərkəzində qarın hündürlüyü 80 santimetrə çatmışdı.
Küləkli hava şəraiti bəzi kəndlərin elektrik enerjisində fasilələrin yaranmasına səbəb olmuşdu.
 
Amma Azərişıq ASC-nin əməkdaşlarının köməkliyi ilə problem aradan qaldırılıb.
 
Artıq ucqar kəndlərə gedən yollar qardan təmizlənib, elektrik enerjisi bərpa olunub. Hazırda vəziyyət normaldır".