Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

İran-Azərbaycan sərhədi bağlandı? - Rəsmi

23-02-2020, 09:00 Baxış: 43
İran-Azərbaycan sərhədi bağlandı? - Rəsmi
Çində aşkar edilən və qonşu İranda da yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində cənub sərhədlərimizdə yerləşən Astara və Biləsuvar gömrük-sərhəd keçid məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır və buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edilib.
 
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, sərhəd keçid məntəqələri bağlanmayıb və dezinfeksiya səbəbindən 1 saatlıq məhdudiyyət tətbiq olunub. Bu gün də gömrük postunda təxminən 1 saat müddətində havalandırma və dezinfeksiya işləri aparılır. Proses gündə bir dəfə həyata keçiriləcək.
Hazırda hər iki məntəqədən gediş-gəliş təmin olunur.
O da bildirilir ki, ölkə vətəndaşlarının zərurət yaranmadıqca İran İslam Respublikasına səyahət etməmələri tövsiyə olunur.