Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

İlham Əliyev Balakəndə açılışlar etdi

29-07-2020, 16:17 Baxış: 242

İlham Əliyev Balakəndə açılışlar etdi

 
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonuna səfərə gəlib.
 
Altaba.az xəbər verir ki, dövlət başçısı Balakən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
 
***
 
İlham Əliyev 320 şagird yerlik Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib.
Dövlət başçısına binada yaradılan şərait barədə məlumat verilib.
 
***
 
İyulun 29-da "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib.
İlham Əliyev tədbirdə iştirak edib.
 
***
Prezident yenidən qurulan Balakən-Qazbinə-İtitala avtomobil yolunun açılışında iştirak edib. Tədbir çərçivəsində Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun da təqdimatı olub.
 
***
 
İlham Əliyev Balakən rayonunda "Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub.
Dövlət başçısına təsərrüfat barədə məlumat verilib.
İlham Əliyev Balakəndə açılışlar etdi