Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

STM Neftçaladakı vəziyyətlə bağlı ictimai rəyi öyrənib

STM Neftçaladakı vəziyyətlə bağlı ictimai rəyi öyrənib

Sosial Tədqiqatlar Mərkəzi Neftçala rayonunda əhalinin su ilə təminat vəziyyətinə dair ictimai rəy sorğusu keçirib.

Mərkəzdən "Altaba.az"a verilən məlumata görə, sorğu 407 ev təsərrüfatı ilə keçirilib və Neftçala şəhəri ilə yanaşı ətraf kəndləri əhatə edib.

Sorğu iştirakçılarının 91.7%-i son aylar ərzində içməli su ilə təminatda, onlardan 45%-i həmçinin suvarma suyu ilə təminatda çətinlik çəkdiklərini bildiriblər (təkcə suvarma suyundan çətinlik çəkənlər 3.9% olub). Su təminatında heç bir çətinliklə qarşılaşmadığını cəmi 4.4% respondent bildirib. Sorğu iştirakçılarının əksəriyyəti (79.6%-i) mövcud problemlə son 3 ay ərzində qarşılaşdığını bəyan edib.

Sorğu iştirakçılarının 83.5%-i hazırda içməli suyu aidiyyəti qurumlar tərəfindən təşkil olunan xüsusi texnikalar (su daşıyan maşınlar) vasitəsilə əldə etdiklərini, 10%-i quyu suyundan faydalandığını bildirib. Digərləri bulaq suyundan istifadə edənlər və içməli suyu satın alanlardan ibarət olub. Sorğuda iştirak edənlərin 78%-i hazırkı su təminatının onları qane etdiyini (27.1% tam, 50.9% əsasən qane edir) , 22%-i isə qane etmədiyini bəyan edib (10.2% "əsasən qane etmir”, 11.8% "heç qane etmir”).

Respondentlər arasında mövcud problemin həllini yeni su kəmərlərinin çəkilməsində (56.3%-i), yeni artezian quyularının qazılmasında (21.4%-i), insanların sudan istifadə ilə bağlı vərdişlərinin dəyişdirilməsində (20.1%-i) görənlər ilk üç sırada qərarlaşıb.

Sorğu iştirakçılarının təqribən yarısının (48.9%-nin) rəyinə görə, Prezidentin su təsərrüfatındakı problemlərə həsr olunan müşavirədəki çıxışından sonra aidiyyəti qurumlar problemin həllinə diqqətlə yanaşmağa başlayıb. 10.9% respondent bu sahənin hələ də diqqətdən kənar saxlanıldığı mövqeyini bölüşüb, 40.2% respondent isə problemin sözügedən çıxışdan əvvəl də aidiyyəti qurumların diqqətində olduğunu bildirib.STM Neftçaladakı vəziyyətlə bağlı ictimai rəyi öyrənib