Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Prezidentin son təyinatı Saatlıda xoş əhvali-ruhiyyə yaradıb

31-08-2020, 13:02 Baxış: 1 095
Prezidentin son təyinatı Saatlıda xoş əhvali-ruhiyyə yaradıb
Bildiyiniz kimi, Prezident İlham Əliyev tərəfindən Elmir Bağırov bu yaxınlarda Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi.Prezidentin son təyinatı Saatlıda xoş əhvali-ruhiyyə ilə qarşılanır.
Altaba.az xəbər verir ki, Elmir Bagırov savadlı, sadə, işini sevən gənc kadrlardandır. Onun məhz bu üstün keyfiyyətləri Saatlı rayonunun öz layiqli rəhbərini tapdığını söyləməyə əsas verir.
Prezidentin son təyinatından sonra yolumuz Saatlı rayonundan keçdi. Yeni təyinatla əlaqədar insanların üzündə hiss olunan təbəssüm gələcəyə inam vəd edirdi. Saatlı camaatının Prezidentin təyin etdiyi savadlı, enerjili gənc icra başçısından gözləntiləri böyükdür. Rayon əhalisinin Elmir Bagırovun qətiyyəti və işgüzarlığı sayəsində rayonda ədalətli su bölgüsünün təmin ediləcəyinə, eləcə də təsərüfatla məşğul olan insanların mövsüm zamanı su çatışmazlığı ilə üzləşəməyəcəyinə ümidləri böyükdür.
Saatlılar öz rəhbərləri ilə birbaşa mütamadi olaraq görüşüb, problemlərinin və onları maraqlandıran məsələlərin həllinə nail ola biləcəklər.
Saatlılar Azərbaycanın ən zəhmətkeş, qonaqpərvər, təmiz vicdanlı, məğrur insanları hesab edilir.
Düşünürük ki, Saatlıdan kənarda yaşayan, işləyən imkanlı saatlılar doğulub boya-başa çatdıqları regionun inkişafına investisiyalar yatırmaqla töhfə verməkdə maraqlı olacaqlar.