"Agentlik tərəfindən Şuşada aparılan təmizləmə əməliyyatı zamanı 15 martda iki müxtəlif yerdən raket qalıqları aşkar olundu".
Altaba.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov deyib.
O bildirib ki, aparılan tədqiqat zamanı raketin üzərində 9M723 indeks kodu yoxlanılıb:
"Bu zaman məlum olub ki, bu, "İsgəndər" raketin qalıqlarıdır.
Həmin qalıqlar bir-birindən 780 metr məsafədir.
Son aparılan araşdırmalar nəticəsində belə qənaətə gəlindi ki, bu "İsgəndər-M" raketidir".
Onun sözlərinə görə, hazırda partlayış yerində və ətrafında ilkin tədqiqatlar keçirilməkdədir.