Bakı 32° C Temperatur

71

6m/s

  • USD1.7000
  • EUR2,0706
  • RUB0,236
  • NEFT$72,25
^
XƏBƏR LENTİ

Azərbaycanda karantin rejimi sentyabrın 1-dək uzadılıb

Azərbaycanda karantin rejimi sentyabrın 1-dək uzadılıb
Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 sentyabr saat 06:00-dək uzadılıb.
 
Bu barədə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qərar imzalayıb.
 
Qərara əsasən,
31 iyul saat 00:00-dan
2 avqust saat 06:00-dək,
7 avqust saat 00:00-dan
9 avqust saat 06:00-dək,
14 avqust saat 00:00-dan
16 avqust saat 06:00-dək,
21 avqust saat 00:00-dan
23 avqust saat 06:00-dək,
28 avqust saat 00:00-dan
30 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.
 
Qərar 2021-ci il iyulun 31-dən qüvvəyə minir.