Bakı 32° C Temperatur

71

6m/s

  • USD1.7000
  • EUR2,0706
  • RUB0,236
  • NEFT$72,25
^
XƏBƏR LENTİ

Türk Şurası ölkələri jurnalistlərinin Füzuli, Cəbrayıl, Şuşaya səfəri başlayıb

Türk Şurasına üzv və müşahidəçi dövlərlərin media orqanlarının əməkdaşları işğaldan azad olunmuş Füzuli rayonuna səfərə yola düşüblər.
 
Səfər "Azərbaycana Media Tur” çərçivəsində həyata keçirilir. Səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstandan olan jurnalistlər iştirak edirlər. Xarici KİV nümayəndələri daha sonra işğaldan azad olunmuş Cəbrayıl rayonuna və Şuşa şəhərinə səfər edəcəklər.