Bakı 32° C Temperatur

71

6m/s

  • USD1.7000
  • EUR2,0706
  • RUB0,236
  • NEFT$72,25
^
XƏBƏR LENTİ

Bir qrup Kəlbəcər sakini doğma şəhərindədir

2-09-2021, 10:55 Baxış: 48
   Bir qrup Kəlbəcər sakini doğma şəhərindədirBir qrup Kəlbəcər sakininin doğma şəhərinə səfəri davam edir.
 
Səfərdə 25 yerli sakin iştirak edir. Artıq sakinlər "Tunel qətliamı"nın baş verdiyi ərazini ziyarət edib və gül dəstələri qoyublar.
Həmçinin səfər proqramı çərçivəsində sakinlər Başlıbel faciəsinin baş verdiyi əraziyə baxacaq, Zülfüqarlı kəndində Milli Qəhrəman Şahlar Şükürovun qəbrini ziyarət edəcək, eyni zamanda Günəşli kəndinə baş çəkəcəklər. Onlar öz doğma şəhərlərində görülən işlərlə tanış olacaqlar.
 
Qeyd edək ki, səfər Qaçqın və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.