Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Bu gün Qəbələdə qaz olmayacaq

13-05-2016, 10:18 Baxış: 331
Bu gün Bakı şəhəri Sabunçu, Binəqədi, Nərimanov və Qəbələ rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 
"Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz xətti üzərində RDUK200 markalı qaz tənzimləyicinin quraşdırılması, diametri 150 mm-lik siyirtmənin təmiri, yeni çəkilmiş qaz xətlərinin mövcud xəttə qoşulması, istismarı dayandırılmış xətlərin şəbəkədən ayrılması və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə mayın 13-də saat 09:00-dan  işlər yekunlaşanadək  Sabunçu rayonunun Sabunçu, Ramana qəsəbələrində və Anaşkin adlanan ərazidə, Binəqədi rayonunun 7-8-ci mikrorayonlarında, Nərimanov rayonu ərazisində, eləcə də Qəbələ rayonunda və Vəndam qəsəbəsində   təbii qazın verilişində fasilələr yaranacaq.