Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Kürdəmirdə yaz əkini

13-05-2016, 10:45 Baxış: 335

Kürdəmir rayonunda yazlıq bitkilərin kütləvi əkini sürətlə davam edir.

Kürdəmir Rayon Statistika idarəsindən  bildirilib ki, cari ilin ötən dörd ayı ərzində rayonda 1682 hektar sahədə çoxillik otlar, 1208 hektar sahədə kartof, 1969 hektar sahədə tərəvəz, 2948 hektar sahədə bostan bitkiləri əkilib.

Pambıqçılığın inkişafı ilə bağlı yaradılan imkanlar nəticəsində cari ildə 1860 hektar sahədə pambıq əkilməsi üçün şum, arat işləri aparılıb, may ayının əvvəlinə 871 hektar sahədə pambıq çiyidi səpilib.