Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

AMEA-dan Saatlıya xoş xəbər: "Bu il taxıl bol olacaq"

13-05-2016, 10:50 Baxış: 397
AMEA-dan Saatlıya xoş xəbər: "Bu il taxıl bol olacaq" 

"Bu il yağan yağıntılar nəticəsində taxıl bol olacaq, çünki torpaqlarda nəmlik çoxdur". Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, ümumilikdə bu ilin birinci rübündə ölkə ərazisinə düşən yağıntıların miqdarı çox olub. Yanvar-fevral aylarında, xüsusilə də yanvarda ölkə ərazisinə düşən yağıntıların miqdarı normadan çox olub.
Xatırladaq ki, bu il iyulun 20-dən avqustun 5-dək olan müddətdə Azərbaycanda quraqlığın müşahidə olunacağı gözlənilir.

Quraqlığın Kür-Araz ovalığında - Saatlı, Sabirabad, Salyan, Biləsuvar, Kürdəmir, İmişli, Neftçala rayonlarında, Qobustanda və Abşeron yarımadasında müşahidə ediləcəyi proqnozlaşdırılır.

Bu il taxil bol olacaq- Saatlı
 
Bu il taxil bol olacaq- Saatlı