Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Gənclərin işsizlik vəziyyəti ilə bağlı monitorinq keçiriləcək

16-05-2016, 16:50 Baxış: 340

"Bələdiyyələrin İnkişafına Yardım ” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "İsmayıllı, Oğuz, Zaqatala və Qax şəhərində gənclərin işsizlik vəziyyətinin öyrənilməsinə dair alternativ monitorinqin keçirilməsi” layihəsinin icrasına başlayır.
Bu barədə Tezis.az-a Birliyin sədri Niyaməddin Orduxanlı açıqlama verib. İB sədri bildirib ki, layihənin əsas məqsədi 4 rayonda - İsmayıllı, Oğuz, Zaqatala və Qax şəhərində gənclərin işsizlik vəziyyətinin öyrənilməsi, gənclərin iş tapa bilməməsini yaradan səbəbləri öyrənmək, gəncləri peçə və ixtisas seçimində düzgün istiqamətləndiməkdir: "Ölkədə gənclərin məşğulluğu əlaqədər qurumlar, habelə Gənclər və İdman Nazirliyinin də qəbul etdiyi prioritet proqramlarından biridir. Gənclərin məşğulluq problemləri ilə bağlı ekspertlər, işsiz gənclər, işəgötürənlər, müvafiq dövlət qurumlarının müxtəlif yanaşmaları mövcuddur. Bu müxtəlif yanaşmalar gənclərin işsizlik probleminin yaranma səbəblərini müxtəlif şəkildə də qiymətləndirirlər. Bununla yanaşı gənclərin işsizlik probleminin yaranma səbəblərini ümumiləşdirsək bunlar aşağıdakılardır: Gənclərin ixtisas bilikləri, digər bilik və bacarıqlarının əmək bazarı tələblərinə uyğun olmaması, informasiya çıxışlarının zəif olması, işsizlərin seçimi və karyera məsələsinə münasibəti, gender problemləri və mental faktorlar və təhsil səviyyəsinin aşağı olması. Bizim təşkilat adı çəkilən rayonlarda 15-29 yaş qrupunu əhatə edən işsiz gənclərlə sorğu keçirəcəyik. Hər bir rayonda 100 nəfəri, bütövlükdə isə 400 nəfərin əhatə edilməsini nəzərdə tutulur”. Niyaməddin Orduxanlı onu da əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu cür layhilərə dəstək verməsi çox müsbət addımdır: " Xüsusi təşəkkürmü bildirmək istəyirəm Dövlət Dəstəyi Şurasının rəhbərliyinə və müstəqil ekspert qrupuna. Onların müsbət rəyi hesabına bu tip layihələr icra oluna bilir. Bu faktı onu göstərir ki, vətəndaş cəmiyyətinin nümayəndələrinin təqdim etidiyi mövzuların aktuallığı daha önəmlidir. Biz bir QHT kimi istəyir ki, layihənin sonunda hazırlanan hesabat nəticəsində gənclərin işsizlik probleminə yönəlmiş alternativlər daha asanlıqla müəyyən olunsun və öz növbəsində əlaqədər Dövlət və QHT qurumlarını hərəkətə gətirərərək gənclərin işsizlik probleminin həll üçün yeni ideyalar və fəaliyyət planlarının, layihələrinin hazırlanmasına zəmin yaradılsın.”