Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Güclü külək və dolu Şəmkirdə fəsadlar törətdi-VİDEO

24-05-2016, 18:07 Baxış: 313
Güclü külək və dolu Şəmkirdə fəsadlar törətdi-VİDEO

Qərb bölgəsində müşahidə edilən güclü külək və dolu qarışıq leysan yağışları bir sıra fəsadlar yaradıb. Ən çox təsirə məruz qalan ərazilərdən biri Şəmkir rayonudur. Güclü külək bir neçə yerdə ağacları kökündən çıxarıb. Bakı-Qazax magistralının Düyərli kəndi ərazisindən keçən hissəsində irigövdəli ağac aşaraq yolu bağlayıb. Kəndlərarası yollarda ağacların aşması ilə hərəkət məhdudlaşıb. 

Güclü külək rayon mərkəzində, kəndlərdə elektrik və yol təsərrüfatlarına ciddi ziyan vurub. Yüksək gərginlikli elektrik xətlərinin sıradan çıxamsı nəticəsində Zəyəm və Düyərli kəndlərində 10 min nəfərə yaxın insan işıqsız qalıb. Güclü külək bir neçə evin dam örtüyünü yararsız hala salıb.Yağan dolu əkin sahələrini yararsız hala salıb. 

Rayon Fövqəladə Hallar Komisiyasından bildirilib ki, fəsadların aradan qaldırılması ilə bağlı işlər davam etdirilir. (Region TV)